MƏDƏNİYYƏT


“Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihə davam edir

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

“Bakı Gənclər Klubu” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihənin icrasını həyata keçirir. İyulun 1-də başlanılan layihə oktyabrın 1-dək davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizi təbliğ etmək və yerli əhalini bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir. Əldə edilən bütün bu qiymətli, maraqlı tarixi məlumatları əyani vəsaitlərdə çap etmək və gələcəkdə həmin nəşrləri məktəbli və tələbələr arasında yaymaq, həmçinin sərgilər təşkil etmək planlaşdırılır.

Layihə çərçivəsində müxtəlif regionlardan olan gənclərin iştirakı ilə respublikamızın şimal-qərb - Şəki, Qax, Qəbələ, Oğuz rayonlarına təşkil olunacaq yay tarixi düşərgəsinin açılış tədbiri Şəkidə keçirilib. Tədbirdə “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov çıxışında Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, layihənin məqsədi və gedişatı haqqında geniş məlumat verib.

Sonra Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova tariximizlə bağlı belə layihənin keçirilməsinin səmərəsini, layihənin gənclər üçün vacib olduğunu vurğulayıb və davamlı olmasını arzulayıb.

Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov gənclərə Şəki şəhərinin nəinki Qafqaz Albaniyası ilə, həmçinin Azərbaycan tarixi ilə bağlı gələcəkdə də digər layihələrin keçirilməsini məqsədəuyğun olduğunu qeyd edib və dövlət qurumlarının belə layihələrə dəstəyini xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.