CƏMİYYƏT


Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsindən 98 il ötür

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Bu gün Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsindən 98 il ötür. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bu tarixi günlə əlaqədar “dəyirmi masa” təşkil edib.

Tədbirdə türk tədqiqatçısı Atilla Oralın Nuru Paşa ilə bağlı tarixi romanı da təqdim olunub.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün ağır vəziyyətdə olmasına rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın köməyinə gəldi. Müsəlman şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İslam Ordusu 2500 kilometr yol qət edərək mübarizəyə qoşuldu. Onlar məqsədlərinə nail oldular. Bakı bolşevik-erməni daşnaklarından azad edildi. Bu mübarizədə on minlərlə insan şəhidlik zirvəsinə yüksəldi. Onlardan 1336-sı Türkiyə vətəndaşı idi. İndi həmin tarixdən 98 il ötür.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna rola malik olduğunu bildirib.

Çıxışlarda qeyd edilib ki, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi Nuru Paşanın komandanlığı altında 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Nuru Paşanın və türk əsgərinin xatirəsi bu gün də Azərbaycanda ehtiramla anılır. Türk tədqiqatçısı Atilla Oralın “Nuri Killigil” kitabı isə həmin tarixi anları özündə yaşadaraq gələcək nəsillərə ötürmək üçün çap olunub.

17 illik zəhmətin bəhrəsi olan kitabda Nuru Paşanın həyat yolu öz əksini tapıb. Oxucu burada əfsanəvi komandan haqqında bilmədiklərini öyrənəcək. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Azərbaycanda təqdimatına Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi, Milli QHT forumu və Beynəlxalq Avrasiya Araşdırmalar Mərkəzi dəstək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.