CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana səfər edəcək

Bakı, 20 aprel, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə yola düşəcək.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Baş nazir Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Şeyxülislam Allahşükür Paşazadənin səfər zamanı Gürcüstanda yaşayan azərbaycanlı icmanın üzvləri ilə də görüşü nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.