SİYASƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri İordaniya Kralı ilə görüşüb

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Al əl-Beyt İslam Fikri Akademiyasının Əmmanda keçirilən XVII konfransında iştirakı çərçivəsində oktyabrın 24-də İordaniya Kralı Əlahəzrət II Abdullah ilə görüşüb.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İordaniya Kralına çatdırıb.

Kral II Abdullah Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan və İordaniyanın dost, qardaş ölkələr olduğu bir daha vurğulanıb, ikitərəfli əlaqələrimizin daima inkişafda olacağına əminlik ifadə edilib.

Görüşdə Al əl-Beyt İslam Fikri Akademiyasının rəhbəri, İordaniya Kralının dini və mədəni məsələlər üzrə müşaviri Əmir Qazi bin Məhəmməd və konfransa dəvət olunmuş bir qrup nümayəndə iştirak edib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral II Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı – I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.