CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri İrana səfər edir

Bakı, 5 avqust, AZƏRTAC 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 5-də İran İslam Respublikasına səfərə yola düşür.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə avqustun 6-da Tehran şəhərində keçirəcəyi “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaq “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.