CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edəcək

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə Rusiya Federasiyasının paytaxtına səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zati-müqəddəsləri Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə həyata keçirilir.

Noyabrın 23-dək davam edəcək səfər müddətində QMİ sədri A.Paşazadə Patriarx Kiril ilə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.