DÜNYA
Qahirə Universitetinin girəcəyində baş vermiş partlayış nəticəsində doqquz adam yaralanıb[YENİLƏNİB]
Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, Qahirə Universitetinin yaxınlığında baş vermiş partlayış nəticəsində doqquz adam, o cümlədən DİN-in beş nümayəndəsi müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıblar.
Əldəqayırma bomba Ən-Nahda meydanında universitetin mühəndislik fakültəsinin binası qarşısında partladılıb.
X X X
22:02Qahirə, 22 oktyabr, Asya Hacızadə, AZƏRTAC
Misirin paytaxtında, Qahirə Universitetinin girəcəyində partlayış baş verib. Yerli KİV-lərin verdikləri xəbərlərə görə, universitetin əsas girəcəyi qarşısında əldəqayırma bomba partladılıb. Bəzi məlumatlara görə, partlayış nəticəsində zərərçəkənlər olub. Hazırda onların sayı dəqiqləşdirilir. Hadisənin törədildiyi yer və yaxınlıqdakı küçələr paytaxt polisi tərəfindən mühasirəyə alınıb. Polis hadisənin təfsilatını araşdırır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə