DÜNYA


Qahirə aeroportunda sahibsiz çamadan Parisə uçan reysin ləngiməsinə səbəb olub

A+ A

Qahirə, 23 avqust, AZƏRTAC 

Qahirə Beynəlxalq Aeroportunda “Egyptair” aviaşirkətinin reysində aşkar edilən sahibsiz çamadan bu şirkətin Parisə uçuşa hazırlaşan təyyarəsinin ləngidilməsinə səbəb olub.

“Al-Masr-al-Youm” internet nəşri təhlükəsizlik xidmətindəki mənbələrinə istinadla bildirir ki, təyyarədə olan sərnişinlərin heç birinə məxsus olmayan çamadanın aşkar edilməsindən sonra reysi ləngitmək, baqaj və sərnişinlərin əlavə yoxlanmasını keçirmək qərara alınıb.

Diqqətli yoxlamadan sonra reysin uçuşa hazır olduğu elan edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.