DÜNYA


Qahirə hava limanında rentgen aparatları quraşdırılacaq

Qahirə, 11 avqust, AZƏRTAC

Misirin mülki aviasiya rəhbərliyinin qərarı ilə paytaxt Qahirənin beynəlxalq hava limanının əsas giriş qapılarında partlayıcı maddələri aşkarlayan rentgen aparatları quraşdırılacaq. Bu məlumatı ölkənin “Əl-Əhram” qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, skanerlər hava limanının iki əsas giriş qapısında iki ay ərzində quraşdırılacaq və bu qərar Misirin hava limanının təhlükəsizlik sisteminin maksimum dərəcədə təmin edilməsi məqsədilə həyata keçirilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.