Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qahirə və İsgəndəriyyəyə səyahət: əfsanələrə doğru

Bakı, 15 aprel, AZƏRTAC

İlboyu yay fəslinin hökm sürdüyü Şarm əş-Şeyx dəniz kurortunun üstünlükləri ilə yanaşı, turistlərə çimərlik istirahətini Misirin tarixi şəhərlərinə və regionlarına ekskursiyalar ilə birləşdirmək imkanı bəxş edir. Buradan asanlıqla Qahirə, İsgəndəriyyə, Luksor, Dahab və digər şəhərlərə, hətta qonşu ölkələrə də getmək olar.

Biz, həmçinin Gizadakı nəhəng piramidaları yaxından görmək, eyni zamanda, Aralıq dənizi sahilində yerləşən və Makedoniyalı İsgəndərin əsasını qoyduğu şəhəri gəzmək üçün Qahirə və İsgəndəriyyəyə ikigünlük ekskursiyaya qoşulduq.

Paytaxt həyatının xüsusiyyətləri

Qahirəyə səyahət bəlkə də Şarm əş-Şeyxdə ən populyar ekskursiyadır. Necə də olmasın, Misirə gedəsən və qədim piramidaları da görməyəsən, bu mümkün deyil! “Nefer Tour” şirkətinin təşkil etdiyi səyahətimizə İsgəndəriyyə də daxil idi.

Şarm əş-Şeyxdən Qahirəyə məsafə 500 kilometrdən azacıq çoxdur və onu həm avtomobilə, həm də hava yolu ilə qət etmək mümkündür. Təyyarə ilə səfər təxminən 45 dəqiqə, avtobusla isə 7 saat çəkir. Adətən Qahirəyə gedən turist avtobusları Şarm əş-Şeyxdən gecə saat 02:00-da yola düşür və səhər saat 9:00-da oraya çatır.

Bu cür təşkil olunmuş səfərlərdə ekskursiya rəhbərinin və əla planlaşdırılmış marşrutun olması çox rahatdır. Əgər ekskursiya çərçivəsində gecələmək nəzərdə tutulursa, sizin nəqliyyat, muzeylərə bilet, yemək və ya otel bronu barədə düşünməyinizə ehtiyac yoxdur. Sadəcə rahatlanmaq və səyahətdən zövq almaq olar.

Qahirəyə çatan kimi ekskursiya rəhbəri turistləri paytaxt həyatının xüsusiyyətləri ilə tanış etməyə başlayır. Misirin 90 milyondan artıq əhalisinin 20 milyona yaxını Qahirədə və onun ətrafında cəmlənib. Şəhər ətrafından keçərkən qeyri-adi mənzərəni müşahidə etmək olar: aşağı mərtəbələri məskunlaşdığı halda, yuxarı mərtəbələri tikilib qurtarmamış yüzlərlə ev. Burada belə qəbul olunub: uşaqlar böyüdükcə yuxarı mərtəbələrin tikintisini başa çatdırır, sahmana salır və öz ailələri ilə oraya köçərək, valideynlərinin yanında yaşayaraq özünəməxsus nəsil icmasını davam etdirirlər.

Qahirə Saxaranın yaxınlığında yerləşir və buranın iqlimi olduqca quraqdır. Bunun öz müsbət cəhətləri var. Aşağı rütubət şəraitində metal məmulatlar korroziyaya daha az uğrayır. Bu səbəbdən də şəhərin küçələrində çoxlu sayda 60-70-ci illərə aid və əla vəziyyətdə qalan avtomobillərin şütüdüyünü görmək olar.

Ekskursiyaçıları daşıyan avtobus ilk növbədə yerli tarixi abidə sərraflarının “işğalına” məruz qalmamış piramidalara istiqamətlənir. Bəli, bəli, misirlilər öz məşhur tarixi abidələrinə məftundur və əsasən də həftəsonunda ailəliklə piramidalara axışırlar. Burada bütün siniflə səyyar dərsə çıxan şagirdlər də çox olur.

Piramidaların, sfinksin, aşağı məbəd və kompleksin digər tikililərinin yerləşdiyi əraziyə daxil olmaq üçün biletin qiyməti 80 Misir funtudur (təxminən 4,5 ABŞ dolları). Siz bu məbləğlə tarixi abidələrə ürəyiniz istəyən qədər tamaşa edə bilərsiniz.

Ehramlar, dəvələr və fərasətli aborigenlər

Nəhəng piramidaların və əsasən də onların ən böyüyü – "dünyanın yeddi möcüzəsindən” dövrümüzə gəlib çatan yeganə Xeops ehramının tamaşaçılarda hansı təəssürat oyatdığını deməyə ehtiyac varmı?! Hündürlüyü 146,7 metr olan ehram 1880-ci ilə qədər dünyanın ən hündür tikilisi olub. O, təxminən 4 min il bundan əvvəl 2,5 milyona qədər daş blokdan tikilib. Ehramın yaxınlığında, güman ki, Xeopsun oğulları Xefren və Menkaurun ondan kiçik piramidalarını görmək olar. Orta piramidanın qarşısında siması firon Xefrenin portretinə oxşar olduğu hesab edilən sfinks əyləşib.

Vaxtilə piramidalar üzlənmiş olub, lakin orta əsrlərdə üzlük piltələr tikintilərdə istifadə etmək üçün sökülüb. Piramidaların yaxınlığında Xeops ehramının memarı ehtimal olunan Xemiununun sərdabasını ziyarət etmək olar. Burada sizi heykəllər və qədim Misir heroqlifləri ilə bəzədilmiş divarlar gözləyir. Yeri gəlmişkən, Xeops ehramına giriş üçün ayrıca pul ödəmək lazımdır. Lakin ekskursiya rəhbərinin sözlərinə görə, ehramın içində dəhlizdən və quru divarlardan başqa heç nə görmək mümkün deyil.

Həmçinin əlavə pul ödəməklə salamat qalmış bir neçə nəhəng taxta şahmat topuna da baxmaq olar: onlar piramidaların yaxınlığındakı quyudan tapılıb. Gizanın məbəd tikililərindən yalnız firon Xefrenin aşağı sərdaba məbədi qorunub, yuxarı məbədin isə yalnız döşəməsi salamat qalıb. Aşağı məbəd dövrümüzə qədər gəlib çatmayan yastı damı saxlayan iki cərgə çəhrayı mərmərdən düzəldilmiş dördguşəli sütunların olduğu düzbucaqlı zaldan ibarətdir.

Piramidaların ətrafı nəinki turistlər və yerli sakinlər, eyni zamanda, suvenir satanlar, həmçinin at və dəvə çarvadarları ilə dolu olur. Turistlərə at və dəvələrdə gəzmən təklif edilir. Hətta dəvənin üstündə səhraya təxminən yarım saatlıq kiçik səyahətə də çıxmaq olar: dəvə sahibi sizi 3 nəhəng piramidanın və sfinksin ovuc içi kimi göründüyü xüsusi yerə aparmağa söz verir.

Ekskursiya rəhbəri bədəvilərlə diqqətli olmağı məsləhət gördü. Onların bəziləri turistlərə fotoşəkil çəkməkdə kömək təklif edir. Turist bu köməyin təmənnasız olduğunu zənn edərək fotoaparatını bədəviyə verir. Bədəvi isə şəkil çəkdikdən sonra fotoaparatı sahibinə qaytarmaq üçün “şirinlik” istəyir. Yaxud sizə hər hansı açıqca hədiyyə edir, bir müddət sonra isə geri qayıdaraq onlara pul “hədiyyə” etmənizi istəyir. Bu qəbildən olan insidentlərdən uzaq durmaq üçün bədəvi ilə ünsiyyət qurmaqdan yayınmalısınız.

Muzey sərvətləri və papirusun sirri

Qahirəyə ekskursiya zamanı növbəti vacib məntəqə sərdabalarda, piramidalarda və məbədlərdə aşkar olunan ən qiymətli artefaktların saxlanıldığı Misir Milli Muzeyidir. Bura giriş 75 Misir funtu və ya təxminən 4 dollara başa gəlir. Muzey Qahirənin mərkəzi meydanında – 2011-ci ildə Misir inqilabının əsas hadisələrinin cərəyan etdiyi “Təhrir” meydanında yerləşir. Həmin dövrdə qarətçilər qarışıqlıqdan istifadə edərək muzeyə soxulmuş və bəzi eksponatları oğurlamışdılar. Xoşbəxtlikdən, oğurlanan artefaktların böyük hissəsi sonralar muzeyin fondlarına qayıdıb.

Qahirədəki Milli Muzey qədim Misirin sənətkarlıq əşyalarının qorunduğu dünyanın ən iri muzeyidir. Bunlara 160 mindən çox muzey eksponatı, sözün əsl mənasında, unikal sayıla biləcək çoxsaylı xəzinələr daxildir. Məsələn, 18 yaşında vəfat etmiş gənc firon Tutanxamonun simasını əks etdirən qızıl maska, həmçinin onun qızıl suyuna salınmış və qiymətli daşlarla bəzədilmiş taxtı da onların arasında yer alıb. Muzeydə, həmçinin qədim Misirin 17 hökmdarının mumiyasını görmək olar. Düzdür, əsas mumiya kolleksiyasının saxlandığı otağa girmək üçün əlavə pul ödəmək lazım gəlir. Onsuz da muzeydə o qədər maraqlı eksponatlar var ki, onların heç olmasa bir hissəsinə baxmaq üçün tələsmək lazımdır. İki mərtəbənin təxminən 100 zalında əsasən fironların hakimiyyəti dövrünə aid heykəllər, zinət əşyaları, silahlar, sikkələr, məişət əşyaları, qədim papiruslar nümayiş olunur. Muzeyin kolleksiyası daim zənginləşir. Məsələn, 2017-ci ilin mart ayında arxeoloqların Qahirədə aşkar etdiyi 4 ton ağırlığında və təxminən 8 metr hündürlüyündə heykəl, güman ki, II Ramzesin heykəli olub. Abidə Misir muzeyinin həyətinə qoyulub və istənilən şəxs onu seyr edə bilər.

Misirin tarixi barədə bir çox dəyərli məlumatlar qədim papiruslar vasitəsilə bizə çatıb. Papirusların hazırlanma texnologiyası isə az qala həmişəlik itəcəkdi. Lakin keçən əsrdə alimlər onu yenidən tapmağa müvəffəq olublar. Onlardan ən məşhuru təcrübi-eksperimental yolla papirusun istehsal texnologiyasını daha dəqiq bərpa edən misirli hərbçi, diplomat və ictimai xadim Həsən Rəcəb olub. Bunu barədə bizə Qahirəyə səyahət proqramımzın növbəti məntəqəsi “Papirus İnstitutunda” məlumat verdilər. Əslində institut papirus istehsalı texnologiyası barədə məlumat əldə etməyin və onu satın almağın mümkün olduğu bir növ emalatxana və ya bədii qalereya tipli turizm obyektdir.

Papirus qədim misirlilərin mədəniyyətində vacib rol oynayıb və müqəddəs bitki sayılıb. Onun parlaq çiçəyi günəş şüalarını xatırladır, en kəsiyində üçbucaqlı gövdə quruluşu isə piramida formasına malikdir. Əvvəllər papirus Nil çayının deltasında bol olsa da, hazırda ona az rast gəlinir. Yazı kağızı hazırlamaq üçün bitkinin gövdəsindən istifadə edirlər. Onun soyulan qabığından sonradan səbət, səndəl, papaq və başqa əşyalar toxumaq üçün istifadə olunur, kövrək özəyi isə taxta çəkic və oxlov vasitəsilə şirəsi çıxarılaraq elastik şəklə salınır. Bu yolla əldə olunan lövhələr 6-15 sutka müddətində suda isladılır. Bundan sonra isə bitkinin gövdələri çarpaz formada yığılaraq 10 gün ərzində təzyiq altında saxlanılır və papirus hazır olur.

Müasir rəssamlar papirus vərəqlərində əsasən fironların həyatından məqamları təsvir edir, onların üzərini qədim Misir heroqlifləri, piramidalar, sfinks və bu kimi geniş yayılmış obrazlarla bəzəyirlər ki, bunu da turistlər həvəslə alırlar.

İsgəndəriyyə mayakının varisi və kral sarayı

Qahirədə keçən məzmunlu günlərimiz sona çatdı və biz şəhərin mərkəzində, Nil çayında lövbər salan otel-gəmidə şam edərək dincəldik. Sübh tezdən avtobusumuz sirli İsgəndəriyyəyə yola düşdü.

Bəziləri tarix dərsindən qədim İsgəndəriyyənin əsasının Makedoniyalı İsgəndər tərəfindən qoyulduğunu, dünyanın iki möcüzəsinin - mayak və kitabxananın məhz burada olduğunu, həmçinin Kleopatra və Antonionun məhəbbət macərasının bu şəhərdə cərəyan etdiyini xatırlayır. Müasir İsgəndəriyyəni görmək də maraqlıdır.

Misiri Avropa və Asiya ölkələri ilə birləşdirən Aralıq dənizi İsgəndəriyyənin həyatında mühüm rol oynayır. Müasir İsgəndəriyyənin siması daha çox Avropa şəhərlərini xatırladır – geniş prospektlər, hündür binalar, Korniş sahilində gəzinti. Buranın iqlimi ölkənin daxilindəki kimi isti deyil, ona görə də misirlilər məzuniyyətlərini burada keçirməyə can atırlar.

Şəhərin sahillərini yuyan dəniz effektli və təlatümlüdür. Onun coşqunluğunu bir qədər azaltmaq üçün şəhərin çevrəsində böyük dalğaların çırpıldığı bənd tikilib. Qədimdə bura yüklə dolu qaleralar üzüb və coşqun dalğalarla çarpışaraq sahilə yan almağa çalışıb.

İsgəndəriyyənin sahilyanı hissəsi Kayt-bəy qalasının divarlarından daha yaxşı görünür. Turistləri, əsasən də, İsgəndəriyyə mayakının aqibətindən xəbəri olmayaraq onu görməyə ümid edənləri mütləq buraya gətirirlər. Mayak XIV əsrdə zəlzələ zamanı dağılıb. XV əsrdə onun xarabalıqları üzərində mayakın daşları ilə Kayt-bəy qalası tikilib. Aralıq dənizində vacib forpost rolunu oynayan, dəfələrlə işğal və dağıntıya məruz qalan qalanın əsası Məmlük soltanı Əl-Əşrəf Saif əl-Din Kayt-bəy tərəfindən qoyulub. Keçən yüzilliyin sonlarında qalada miqyaslı bərpa işləri aparılıb. Hazırda o, ekskursiya üçün populyar məkanlardan biridir. Burada misirlilərin öz tarixlərini nə qədər çox sevdiklərinə bir daha əmin olursan: qalada yerli ziyarətçilər az qala turistlərdən çox olur. Qalanın daxilində, həmçinin İsgəndəriyyənin Dəniz Muzeyi, yaxınlığında isə dəniz akvariumu yerləşir.

Qalanın yaxınlığında, sahil kənarında ticarətçilər maqnit, balıqqulağı, muncuq, mərcan, əl işləri və buna bənzər suvenirlər almağı təklif edirlər. Qiymətlər Qahirədə olduğundan ucuzdur.

Ekskursiya üçün digər vacib yer İsgəndəriyyənin Qərb limanında yerləşən əzəmətli Ras əl-Tin Sarayıdır. O, 1833-1847-ci illərdə türk paşası Məhəmməd Əli tərəfindən iqamətgah kimi tikilib və Misirdə ən qədim kral sarayı sayılır. Saray XX əsrin əvvəllərində kral I Fuadın əmri ilə italyan üslubuna salınıb. Hazırda sarayın otaqları Misir Admirallığı tərəfindən diplomatik qəbullar üçün istifadə olunur. Saraya giriş qadağandır və turistlər binanın xarici görünüşünə baxmaqla və onun bağçasında gəzməklə kifayətlənməli olurlar.

Dondurma, paxlava və məşhur kitabxana

İsgəndəriyyə nəinki tarixi abidələr, həm də Aralıq dənizi regionu ölkələrinin ənənələrini özündə birləşdirən mətbəxi ilə məşhurdur. Yerli restoranlar sizə balıqdan və dəniz məhsullarından, həmçinin paxla bitkilərindən hazırlanmış yeməklər, təzə meyvə və tərəvəz, zeytun yağı əlavə olunmuş souslar və buna bənzər təamlar təklif edir.

Misirdə ən yaxşı dondurmanın İsgəndəriyyədə hazırlandığını eşitmək bizim üçün gözlənilməz oldu. Ekskursiya rəhbəri İsgəndəriyyə dondurmasını mütləq dadmağı təklif etdi. Giləmeyvə şirəsi və ləpə qarışıqlı təbii dondurma həqiqətən dadlı idi. Nəhayət, bütün səyahətçilər İsgəndəriyyədən özləri ilə paxlava aparır. Əslində, düzünü desək, azərbaycanlıları paxlava ilə təəccübləndirmək çətindir. Eyni zamanda, Misir paxlavası bizim paxlavaya az bənzəyir və daha çox türk paxlavasını xatırladır.

Şəhəri tərk etməzdən öncə daha bir qədim tikilinin – bizim eradan əvvəl III əsrdə əsası qoyulan İsgəndəriyyə kitabxanasının aqibətini öyrənmək lazımdır. İsgəndəriyyə qədim dövrlərin intellektual və təhsil mərkəzi sayılıb, onun kitabxanası isə zəmanəsinin ən böyük kitabxanalarından biri olub. İsgəndəriyyə kitabxanası da mayak kimi müxtəlif kataklizmlərə - yanğına, qarətə məruz qalıb və nəhayət, tənəzzülə uğrayıb. Lakin 2002-ci ildə antik kitabxananın ehtimal olunan yerində müasir “İsgəndəriyyə kitabxanası” tikilib.

Yeni kompleksə olduqca gözəgəlimli memarlıq xasdır. Kitabxana 8 milyon kitabın saxlanılması üçün nəzərdə tutulub, əsas oxu zalı isə 70 min kvadratmetr sahəyə malikdir. Kompleksə, həmçinin konfrans mərkəzi, görmə qüsuru olan insanlar, habelə yeniyetmə və uşaqlar üçün ixtisaslaşmış kitabxanalar, üç muzey (qədim əşyalar, əlyazmalar və Sadat muzeyləri), incəsənət qalereyaları, planetari və əlyazmaların bərpası laboratoriyası daxildir. Yeni İsgəndəriyyə kitabxanasına dünyanın hər yerindən kitablar hədiyyə olunub. 500 milyard veb-səhifənin surətinin saxlandığı İnternet Arxivi güzgüsü də məhz burada yerləşir.

İsgəndəriyyə çox xoşumuza gəldi: özünəməxsus əzəmətini əsrlər boyu layiqincə mühafizə edən gözəl şəhərdir. İsgəndəriyyə haqqında bilmədiyimiz və təəccüblə qarşıladığımız xəbər o oldu ki, İsgəndəriyyə bizim Yevlaxla qardaşlaşmış şəhərdir – bu həqiqətən belədir.

Emil Eyyubov

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq