DÜNYA
Qahirədə Misir ordusunun generalı öldürülüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Qahirədə naməlum şəxslər Misir ordusunun yüksək komandir heyətinin nümayəndəsi general-mayor Adil Raqaini güllələyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident oktyabrın 21-də Qahirənin şərqindəki Əl-Obur rayonunda general evindən çıxan zaman baş verib. Raqai paytaxt yaxınlığında yerləşən iri hərbi bazanın rəisi olub.
Hazırda qətlin arxasında kimin dayandığı bəlli olmasa da, ilkin təhqiqat hadisənin Sinay yarımadasında fəaliyyət göstərən ekstremist qruplarla bağlılığına işarə edir.
Misir iki ildən artıqdır ki, Sinay yarımadasının çətin keçilən rayonlarında yaraqlılara qarşı antiterror əməliyyatları aparır. Bu müddət ərzində regionda yüzlərlə polis işçisi və hərbi qulluqçu terror hücumlarının qurbanı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]