DÜNYA
Qahirədə polisə hücum zamanı məsafədən idarə olunan iki bomba partladılıb VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Misirin paytaxtı Qahirə şəhərində polis əməkdaşlarına hücum edən cinayətkarlar məsafədən idarə olunan iki əldəqayırma bomba partladıblar.
AZƏRTAC xəbər verir ki, Misir KİV-lərinin yerli hüquq-mühafizə orqanlarına istinadla yaydıqları dəqiqləşdirilmiş məlumata görə, əl-Haram küçəsi rayonunda həyata keçirilən hücum nəticəsində 6 polis əməkdaşı (iki zabit, bir serjant və üç sıravi) həlak olub, daha 6 nəfər (üç polis əməkdaşı və yoldan keçən üç şəxs) isə yaralanıb.
Hadisənin cümə günü səhər saatlarında məscidlərdən birinin yaxınlığında törədildiyi bildirilir. Güclü partlayıcı qurğular kiçik bağdakı ağacların arxasında qoyulub. Cinayətkarlar onları yaxınlıqdan polis avtomobili keçərkən işə salıblar. Bağın hasarının bir hissəsi dağılıb.
Polis partlayış rayonuna gedən bütün yolları bağlayıb. Hazırda hadisə yerində mütəxəssislər işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]