İQTİSADİYYAT
Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatmaq üzrədir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 kilometrlik hissəsinin inşası yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metr, çiyinlərin hər birinin eni isə 0,75 metr bərkidici zolaqlarla birgə 3,75 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1,5-2 metr enində piyada səkiləri də inşa edilib.
Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi qurulacaq, zəruri yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.