REGİONLAR


“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində dincələnlərin 19 faizi əcnəbilərdir

A+ A

Şabran, 17 iyul, Elxan Yusifli, AZƏRTAC

Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi istifadəyə verildiyi qısa müddət ərzində turistlərin marağını cəlb edib. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustunda açılışı olan kompleksin xidmətlərindən indiyədək xeyli sayda yerli və əcnəbi turist yararlanıb.

AZƏRTAC xəbər verir ki, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində 2016-cı ilin ilk yarısında 11 min 435 turist dincəlib. “Qalaaltı Hotel & SPA”nın xidmətlərindən yararlananların 9 min 605 nəfəri yerli, 1830 (19 faiz) nəfəri isə xarici ölkələrdən gələn turistlərdir.

Şabran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən altı ayda rayondakı tarixi abidə və muzeyləri 5 min 649 nəfər ziyarət edib ki, onların da 434 nəfəri əcnəbilərdir. Rayona gələn turistlər daha çox “Çıraqqala” Tarix-Memarlıq və “Şabran şəhəri” tarixi qoruqlarına maraq göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.