MƏDƏNİYYƏT
Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda
Bakı, 6 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) arasında sıx əməkdaşlıq çərçivəsində bu təşkilatın rəsmi kataloq və broşürlərinə Qalaaltı kurort mərkəzi daxil edilib və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb. Kataloqun elektron versiyası ilə bu link vasitəsilə tanış ola bilərsiniz: http://www.ehtta.eu/images/stories/EHTTA_Brochure_2016.pdf
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, EHTTA-nın “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun 2018-ci il üçün nəzərdə tutulmuş baş konfransının Qalaaltıda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində cari ilin yanvarın 21-də EHTTA-nın Baş Assambleyasında keçirilən görüşdə “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib. Hazırda bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]