İQTİSADİYYAT


Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

“Qalaaltı” müalicəvi istirahət kompleksində Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kompleksin rəhbərliyinin dəvəti ilə baş tutan seminarda Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev, Azərbaycan Tibb Universitetinin tələbələri iştirak ediblər.

Seminarda Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə məlumat verilib, eyni zamanda, xarici ölkələrdə bu termal mənbənin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası çərçivəsində təbliği məsələsi müzakirə edilib. Azərbaycanın təbii sərvəti olan bu suyun dövlət və özəl sektorun nümayəndələrinin birgə fəaliyyəti ilə tanıdılması, buraya çoxsaylı turistlərin cəlb edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.