CƏMİYYƏT


Qalakteriya qeyri-laktasion dövrdə yaranan ifrazatdır

Bakı, 17 may, AZƏRTAC

Son vaxtlar süd vəzindən şəffaf mayenin gəlməsi əlaqədar şikayətlər çoxalıb. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mammoloq-radioloq Günel Qəmbərova həmin halın tibbi dildə “qalaktoreya” adlandığını bildirib. AZƏRTAC xəbər verir ki, həkim universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bildirib ki, belə ifrazat birmənalı qarşılanmamalı və əsaslı şəkildə müayinə olunmalıdır: “Qalaktoreya qeyri-laktasion mərhələdə, yəni südvermə dövründən kənar vaxtda gələn süddür. Bunun səbəbi polietioplojidir. Qadının alt paltarında ləkələr olduğunu və ifrazatın gəldiyini müşahidə edəndə gecikmədən həkim-mammoloqa üz tutmalıdır. Həmin halın səbəbi hipofizdə adenoma da ola bilər. Ona görə əvvəlcə prolaktinin səviyyəsi təyin olunur və hipofizin kontrastlı MRT müayinəsi aparılır. Digər bir səbəb dofamin sintezini azaldan hər hansı bir preparatın qəbulu ilə əlaqədar ola bilər və bu, medikamentoz qalaktoreya yarada bilər. Həddən çox istifadə olunan estrogen tərkibli oral kontraseptiklər prolaktin sintezini qaldıra və qalaktoreya yarada bilər. Hipotireoz zamanı qanda tiroliberin sintezi yüksəlməsi dofamin və prolaktin sekresiyasını stimulə edərək nəticədə qalaktoreyaya səbəb ola bilər”.

G.Qəmbərova daha sonra deyib: “Süd vəzi öz anatomiya və strukturunu digər orqanlar hesabına qurur və ona görə də həkim-endokrinoloq və ginekoloqlar, eləcə də qadınlar bu barədə daha diqqətli olmalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.