İDMAN


“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırıb

Bakı, 21 iyul, AZƏRTAC

Avropa Liqasının II təsnifat mərhələsində maraq doğuran oyunlardan biri də “Qalatasaray” (Türkiyə) ilə “Ostersun” (İsveç) arasında olub. Belə ki, ilk oyunda “Ostersun”a 2:0 hesabı ilə məğlub olan “Qalatasaray” cavab qarşılaşmasına qələbə qazanmaq əzmi ilə çıxmışdı.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində on bir metrlik zərbəni dəqiq yerinə yetirən Nouri “Ostersun”u hesabda irəli çıxarıb. 69-cu dəqiqədə isə Ahmet Çalık cavab topunu vurub. Beləliklə, “Qalatasaray”ın ev sahibliyi etdiyi oyun 1-1 hesabı ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qalatasaray” Avropa Liqasına erkən əlvida deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.