İDMAN


“Qalatasaray” braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalayıb

Bakı, 5 avqust, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandası daha bir futbolçu ilə müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Qalatasaray” İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Fernandonu heyətinə cəlb edib. Otuz yaşlı təcrübəli futbolçunun transferi üçün İngiltərə klubuna 5 milyon 250 min avro ödənib.

Braziliyalı futbolçu ilə üçillik müqavilə imzalanıb. O, “sarı-qırmızılılar”ın heyətində ildə 3,3 milyon avro məvacib alacaq.

Qeyd edək ki, karyerası boyunca Braziliyanın “Vila Nova”, Portuqaliyanın “Porto” və “Estrela Amadora” komandalarında forma geyən Fernando 2014-cü ildən “Mançester Siti”nin heyətində çıxış edirdi. O, son mövsümdə İngiltərə klubunun heyətində 64 oyunda 4 qol vurub.

Xatırladaq ki, “Qalatasaray” bir müddət əvvəl 7 milyon 500 min avro ödəyərək seneqallı yarımmüdafiəçi Badu Ndiayeni digər Türkiyə klubu “Osmanlıspor”dan transfer edib. Bu futbolçu son mövsüm Türkiyə Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 7 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.