İDMAN


“Qalatasaray” klubu mərakeşli futbolçu ilə razılığa gəlib

Bakı, 10 iyun, AZƏRTAC

İstanbulun “Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi Kiyevin “Dinamo” komandasının yarımmüdafiəçisi Yunes Belhanda ilə razılığa gəlib.

“Qalatasaray”ın idman direktoru Cenk Ergün Mərakeşə gedərək futbolçu ilə danışıqlar aparıb. Transferin reallaşması üçün “Dinamo”nun da razılığını almaq lazımdır.

Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.