İDMAN


Qalatasaray klubunun prezidenti: Arda Turanın transfer olunması ilə bağlı işlər aparılır

Bakı, 8 avqust, AZƏRTAC

Türkiyənin Qalatasaray klubunun prezidenti Dursun Özbək Arda Turanı bu komandaya transfer etmək istədiklərini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Dursun Özbək Arda Turanı Barselonadan transfer etmək üçün işlərin aparıldığını bildirib. O deyib: “Arda Turan Qalatasarayın çox yaxşı yetirməsidir. Əlbəttə ki, Ardanın xidmət göstərəcəyi yer Qalatasaraydır. Onun Qalatasaraya gəlməsini və karyerasını burada bitirməsini istəyirik. Bununla bağlı da bir sıra addımlar atmışıq.

Klubun futbol direktoru Cenk Ergün Qalatasaray rəsmilərinin bu həftə İspaniyaya səfər edəcəyini bildirib.

O deyib ki, Barselona ilə danışıqlar baş tutsa, futbolçu türk klubuna bir mövsüm üçün kirayə veriləcək. Daha sonra transferin tamamilə həyata keçəcəyi planlaşdırılıb.

Qeyd edilib ki, Barselonanın bəzi oyunçularını satmaq istəməsi türk klubunu daha da həvəsləndirib. Arda geri qayıtsa, Qalatasarayın kapitanlıq sarğısı da ona veriləcək, habelə illik 4,5 milyon avro almaqla klubun ən çox qazanan futbolçusu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.