İDMAN
“Qalatasaray”ın futbolçusu Çin klubunun təklifini qəbul etməyib
Bakı, 29 dekabr, AZƏRTAC
İstanbulun “Qalatasaray” klubunun hollandiyalı futbolçusu Sneyder Çindən gələn təklifi qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, Çin klubundan holland futbolçuya üçillik təklif gəlib. Klub təcrübəli futbolçuya 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğunu bildirib.
Otuz iki yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O, öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib. “Qalatasaray” artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm və bunu pozmağa niyyətim yoxdur”, - futbolçu əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]