İDMAN


“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub

Bakı, 14 fevral, AZƏRTAC

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.

AZƏRTAC klubun rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, komanda rəhbərliyi “Kardemir Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudor ilə razılığa gəlib. “Qalatasaray”ın İqor Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Xorvatiyalı mütəxəssis 1978-ci il aprelin 16-da Split şəhərində doğulub. Hazırda Türkiyə Super Liqasında mübarizə aparan “Kardemir Karabükspor” komandasının baş məşqçisidir.

O, 1995-ci ildə “Hayduk”da (Split) müdafiəçi mövqeyində oynamağa başlayıb, 58 matçda 5 qol vurub. 1998-ci ildə “Yuventus”un diqqətini çəkib və bu komandaya transfer edilib. 2004-cü ildə “Siena”ya icarəyə verilib. 2006-cı ildə yenidən “Yuventus”a transfer olub. 1997-ci ildə ilk dəfə Xorvatiya milli komandasına cəlb olunub. “Yuventus” yenidən “Serie A”ya yüksələndə “Hayduk” komandasına yollanıb və orada karyerasını başa çatdırıb. 2013-cü ildən 2016-cı ilədək “Hayduk”un baş məşqçisi olan İ.Tudor 2016/2017-ci il mövsümünün əvvəlində “Kardemir Karabükspor” ilə müqavilə imzalayıb.

Xatırladaq ki, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.