CƏMİYYƏT


Qalın yarpaqlı, rəngbərəng çiçəkli kalanxoe

Bakı, 21 aprel, AZƏRTAC

Sukkulent bitki olan kalanxoenin 200-dən çox növü var, vətəni Madakaskar hesab edilir. Qalın və parlaq yarpaqları olduğuna görə çox gözəl otaq bitkisi sayılır. Payızdan başlayaraq yazın əvvəllərinədək çiçək açır. Açıq havalı məkanları sevir və suya o qədər də meylli deyil. Kalanxoenin qrup halında qırmızı, ağ, çəhrayı, narıncı və sarı çiçəkləri var.

Kalanxoeni bəzən "otaq jenşeni" də adlandırırlar. Yarpaqları özündə su saxlamaq qabiliyyətinə malikdir. Asan qulluq edilən və az yer tutan dibçək gülüdür. Kölgəliyi sevmədiyindən günəşin isti şüaları ona təsir etmir. Yayda eyvanda açıq havada qoyulanda özünü yaxşı hiss edir, ancaq həddindən artıq isti və həddindən artıq soyuq bitkinin kök və yarpaqlarına ziyan vurur. Payızın yüksək temperaturu və qışın soyuğunda tumurcuqları tökülmür. Onun əkildiyi dibçək ətrafda heç nəyə toxunmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.