CƏMİYYƏT


Qalxanvari vəzin hormon artıqlığı ürəyin dayanması ilə nəticələnə bilər

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Qalxanvari vəzin hormon səviyyəsi hətta azca yüksək olan insanlar ani ürək dayanmasından həyatını itirə bilər. Bu, Erazm Universiteti mütəxəssislərinin yeni tədqiqatlar nəticəsində gəldiyi qənaətdir.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, tədqiqatçılar 10 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı qalxanvari vəzin hormon səviyyəsi normadan yuxarı olan adamlarda qəfil ürək dayanmasından ölüm hallarının hormon səviyyəsi aşağı olanlarla müqayisədə 2,5 dəfə çox olduğu müəyyənləşib. Bundan başqa, araşdırmada qalxanvari vəzin hormon səviyyəsi yüksək olan könüllülər də iştirak ediblər. Aydın olub ki, onların 10 ildə ürək dayanmasından ölmə ehtimalı əks səviyyəli iştirakçılara nisbətən 4 dəfə yüksəkdir.

Ekspertlər nəticələrə təsir edə biləcək amilləri, o cümlədən xolesterol və qan təzyiqini nəzərə alıblar. Onlar bu nəticəyə gəlib ki, hormonların artıqlığı ürəyin fəaliyyətini pozur. Qalxanvari vəzin hormon artıqlığına səbəb çox vaxt onun hiperfunksiyasıdır. Lakin hormon səviyyəsi çoxlu sayda dərman qəbulundan da arta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.