CƏMİYYƏT


“Qan ver-həyat xilas et” devizi altında qanvermə aksiyası keçirilib

A+ A

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib.

İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiya B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunub.

Qanvermə aksiyasında Nəsimi rayonunda yerləşən müxtəlif qurumların kollektivləri olmaqla ümumilikdən 500-dən çox könüllü yüksək fəallıqla iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.