Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Qan verin. Qanı indi verin. Qanı tez-tez verin”

“Qan verin. Qanı indi verin. Qanı tez-tez verin”

İyunun 14-ü ABO sistemi üzrə qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landsteynerin doğum günü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatı məsələsinə cəlb etmək və qan verməklə insanların həyatını xilas edən qan donorlarına minnətdarlıq çatdırmaq məqsədi daşıyır.

Donor qanı – planlı müalicədə olduğu kimi, təxirəsalınmaz yardım zamanı da çox qiymətli vasitədir. Orqanizmə qan köçürülməsi ilə təhlükəli xəstəlikləri olanların həyat keyfiyyəti yüksəlir, ömrü uzanır. Qan köçürülməsi istənilən növ fövqəladə hallar şəraitində - təbii fəlakət, qəza, silahlı konfliktlər və s. zamanı yaralıların müalicəsində böyük əhəmiyyət kəsb edir, mamalıq və perinatal yardımın göstərilməsində vacib rol oynayır. Pasiyentləri kifayət həcmdə donor qanı və qan məhsulları ilə təmin edən qan xidməti səhiyyənin effektiv sisteminin əsas tərkib hissələrindən biridir. Kifayət qədər təhlükəsiz donor qanı ehtiyatlarının təminatı könüllü və təmənnasız və milli səviyyədə əlaqələndirilən qan xidmətinin yaradılmasını tələb edir. Lakin bir çox ölkələrdə qan xidməti donor qanının keyfiyyəti və təhlükəsizliyinin, lazım olan ehtiyatın təmin edilməsində bir çox çətinliklərlə üzləşirlər. Hər il fövqəladə hadisələr milyonlarla əhalinin sağlamlığına və həyatına təhlükə yaradır. Son on illərdə qəza və fəlakətlər nəticəsində bir milyondan artıq insan həyatıni itirib. Zəlzələ, sel və tufan kimi təbii fəlakətlər təxirəsalınmaz tibbi yardıma olan tələbatı əhəmiyyətli dərəcədə artırır ki, bu da çox zaman səhiyyənin həyati vacib infrastrukturunun dağılmasına səbəb olur. Antropogen fəlakətlər, eləcə də yol-nəqliyyat qəzaları, hərbi konfliktlər də tibbi yardım və birinci xətt terapiyasına olan tələbatı artırır.

Qan köçürülməsi – təxirəsalınmaz tibbi yardımın ayrılmaz hissəsidir. Fövqəladə hallar zamanı qan köçürülməsinə tələbat artsa da, onun həyata keçirilməsi mürəkkəbləşir. Donor qanının kifayət qədər ehtiyatını formalaşdırmaq üçün bütün əhalinin cəlb edilməsi ilə həmin məsələ öz həllini tapa bilər. Ona görə də bu ilki kampaniyanın əsas mövzusu fövqəladə hallar zamanı qan donorluğu olub.

İstənilən böhran və fövqəladə hallar zamanı hər kəsin özünə verdiyi ilk sual belə olur: “Mən nə edə bilərəm? Necə kömək edə bilərəm?”. Buna görə də bu il şüar kimi belə sual seçilib: “Siz nə ilə kömək edə bilərsiz?” Əlavə şüar isə belədir: “Qan verin. Qanı indi verin. Qanı tez-tez verin.” Kampaniya fövqəladə hallar zamanı ayrı-ayrılıqda hər kəsin qan verməklə başqalarına yardım göstərməkdə oynadığı rolu bir daha önə çəkir və dəyərləndirir.

Kampaniya eləcə də hər hansı fövqəladə hallar baş verdiyi zaman lazım olan donor qanı ehtiyatını formalaşdırmaq üçün müntəzəm qan verilməsinin nə qədər vacib olduğuna diqqəti cəlb etmək məqsədini daşıyır.

Bu il Ümumdünya Donor Gününə həsr olunan tədbirlərin əsas məqsədləri bunlardır:

• Ətrafında olanları fövqəladə hallar zamanı qan donorluğu vasitəsilə səhiyyə xidmətlərinin hazırlığını möhkəmlətməyə yardım etməyə çağırmaq;

• Fövqəladə hallar zamanı donor qanına artan tələbata operativ reaksiya vermək imkanına malik olan effektiv milli qan donorluğu proqramlarının yaradılmasına milli hakimiyyəti stimullaşdırmaq;

• Fövqəladə hallar və fövqəladə tədbirlərə hazırlığı təmin etmək üzrə keçirilən milli tədbirlər toplusuna qan xidmətinin daxil edilməsini tətbiq etmək;

• Donor qanı ehtiyatlarının lazımi səviyyəsini saxlamaq və ölkələrin donor qanı ilə özünü təmin etməsinə nail olmasının təmin etmək üçün ilboyu stabil donorluğun vacibliyini geniş ictimaiyyətə çatdırmaq;

• Müntəzəm qan verənlərə minnətdarlıq hissi və lazımi hörmət göstərməklə gənclərin qan donoru olması üçün həvəsləndirilməsi;

• Beynəlxalq həmrəyliyə dəstək vermək, könüllü və təmənnasız donorluq prinsipinə münasibətdə qlobal konsensusu təmin etmək və bunun donor qanın paralel şəkildə təhlükəsizliyi və əlçatanlığının təmin olunması ilə birgə hər yerdə istifadəsinə nail olmaq.

Son zamanlar ölkəmizin qan xidmətində böyük dəyişikliklər baş verib. 2005-ci ilin mayında ölkə Prezidenti Milli Məclisdə qəbul edilmiş “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanununu imzalayıb. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair” (2006-2010-cu illər) Dövlət proqramı təsdiq edilib.

İndi 2016-2020-ci illəri əhatə edən 3-cü dövlət proqramı yerinə yetirilir. Dövlət proqramları çərçivəsində qan xidməti müəssisələrinin lazımi avadanlıqlar, qan tədarükü üçün konteynerlər və qan testlərinin aparılmasına lazım olan reaktivlərlə təmin edilməsi məsələləri həll edilib, qan xidməti şəbəkəsi, onun fəaliyyəti modernləşdirilib və optimallaşdırılıb. Nəticədə donorların sayı əvvəlki illərlə müqayisədə dörd dəfə artıb. Xüsusilə qeyd etmək lazımdır ki, bütün donorlar könüllü və təmənnasız olaraq bu işə qoşulur. Heydər Əliyev Fondunun çağırışlarına əsasən könüllü qan vermə aksiyaları təkcə paytaxtda deyil, respublika bölgələrinin müəssisə və təşkilatlarında da təşkil edilir.

Fövqəladə vəziyyətlərdə zərərçəkənlərin qan məhsulları ilə təmin edilməsi üçün lazım olan ehtiyatlar toplanılıb. Ehtiyacı olan bütün xəstələri və fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan komponentləri ilə təmin edilməsi üçün daha çox vətəndaşın donorlar sırasına qoşulması sahəsində aparılan işlərin davam etdirmək lazımdır. Bu elə bir faydalı və gərəkli işdir ki, burada problemlər olmamalıdır, çünki onun arxasında xalqımıza mərhəmət, insansevərlik hissləri, başqasının ağrısına yanmaq, lazım gələndə həmişə kömək əli uzatmaq kimi insani hisslər dayanır.

Çingiz Əsədov,

Səhiyyə Nazirliyinin baş hematoloqu

Zöhrə Əlimirzəyeva,

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru,

Pərvanə Hacıyeva,

Mərkəzi Qan Bankının müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib