CƏMİYYƏT
Qanda xolesterinin səviyyəsinin azaldılması intellektə mənfi təsir göstərir
Bakı, 4 iyul, AZƏRTAC
Sağlam qida həvəskarları adətən tərkibində xolesterin olan ərzaq məhsullarından imtina edirlər. Şübhəsiz, bu, onların ürək-damar sisteminə müsbət təsir göstərir. Lakin bununla yanaşı, qanda xolesterinin aşağı olması insanların intellektual qabiliyyətini pisləşdirir.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, müvafiq tədqiqat aparan amerikalı alimlər belə qənaətə gəliblər.
Boston Universitetinin əməkdaşlarının fikrincə, qanda xolesterinin səviyyəsinin azalması baş-beynin aktivliyini, xüsusilə yaddaşı pozur. Bunu sübut etmək üçün onlar 789 kişi və 1105 qadını tədqiqata cəlb ediblər. İştirakçıların qanında xolesterinin səviyyəsi ölçüldükdən sonra onlara müxtəlif tapşırıqlar verilib. Məlum olub ki, xolesterini yüksək olan insanlar məntiqi tapşırıqların öhdəsindən daha asanlıqla gəlirlər.
Bununla belə, həkimlər bir qayda olaraq pasientlərinə yüksək xolesterini aşağı salmağı tövsiyə edirlər. Çünki qanda normadan çox xolesterinin miokard infarktına gətirib çıxarması artıq sübut olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]