CƏMİYYƏT


Qanın analizi qəfil ölüm təhlükəsindən xəbər verə bilər

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Ürəyin qəfil dayanması ilə baş verən ölüm halları səhhətində ciddi problemləri olmayan orta yaşlı insanlarda daha çox müşahidə edilir. Pasiyentlər heç bir simptom hiss etmir, ya da bu simptomlara əhəmiyyət vermirlər.

AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, Rotterdamlı Erazm Universiteti yanında Tibb Mərkəzindən (Hollandiya) bir qrup tədqiqatçı ürəyin qəfil dayanması səbəblərini araşdırmağa çalışıb. Bu məqsədlə onlar 10 min orta yaşlı adamı müayinə və müşahidə ediblər.

Söhbət tireoid hormonunun qatılığından gedir. Qanında bu hormonun miqdarının artdığı insanlar qəfil ürək ölümü təhlükəsinin yüksəldiyi qrupa daxil edilib. Tədqiqat qrupunun rəhbəri Layal Çaker qeyd edir ki, tireoid hormonunun cüzi miqdarda çoxaldığı adamlarda da müvafiq təhlükə artıb. Yəni, bu hormon normadan bir qədər çox olubsa, müvafiq ölüm təhlükəsi hormonun normadan az olması halı ilə müqayisədə 2,5 dəfə artıb.

Əvvəllər qarşılıqlı əlaqəni aşkar etmək mümkün olmayıb, Lakin indi alimlər tireoid hormonun qatılığı və ölüm təhlükəsinin yaranma ehtimalı arasında əlaqəni araşdırmağı planlaşdırırlar. Onlar güman edirlər ki, böyük miqdarda hormon ürəyin fəaliyyətini sürətləndirməklə ona təsir edir. Bu cür nəticələr əvvəllər əldə edilsə də, qatılığın normanı keçdiyi hallar üçün nəzərdə tutulub. Bu tədqiqatda isə nisbətən az miqdarda hormondan söhbət gedir – bəlkə də bu onu göstərir ki, tireoid hormonu daha zərərli və həyat üçün daha təhlükəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.