CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun  səviyyəsi 5 santimetr azalıb

Bakı, 14 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 80 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 288 kubmetr olmaqla ongünlük normanın 138 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 144 kubmetr təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Surrada 4, Şirvanda 2 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 (2016-cı il iyulun 14-də 350 sm), Şirvanda 161, Salyanda 82 (2016-cı il iyulun 14-də 110 sm), Bankədə 175 (2016-cı il iyulun 14-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr (2016-cı il iyulun 14-də 70 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.