CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 15 santimetr azalıb

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, iyulun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 100 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 15 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetrdir.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 354, Salyanda 127, Bankədə 189, Novruzlu məntəqəsində isə 70 santimetrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.