CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 29 santimetr artıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, iyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 102 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 29 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 127 kubmetrdir.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 344, Salyanda 122, Bankədə 191, Novruzlu məntəqəsində isə 50 santimetrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.