CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb

Bakı, 15 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 539 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 297 kubmetr olmaqla ongünlük normanın 40 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 214 kubmetr olmaqla ongünlük normanın 105 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 160 kubmetr təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 18 santimetr artım, Şirvanda 6, Salyanda 7 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 (2016-cı il mayın 15-də 388 sm), Şirvanda 217 , Salyanda 143 (2016-cı il mayın 15-də 243 sm), Bankədə 175 (2016-cı il mayın 15-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 santimetr (2016-cı il mayın 15-də 93 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.