CƏMİYYƏT


Qanunsuz balıq ovu ilə əlaqədar 78 akt və 40 protokol tərtib edilib

Bakı, 19 iyun, G.Mahmudlu, AZƏRTAC

Cari ilin ilk 6 ayı ərzində qanunsuz balıq ovu ilə əlaqədar 78 akt və 40 protokol tərtib edilib, 22 nəfər məsuliyyətə cəlb olunub. Doqquz cinayət işi istintaqa göndərilib. Balıq ehtiyatlarına vurulan zərərlə bağlı 37193 manat iddia qaldırılıb, onlardan 9235 manatı isə ödənilib. Vətəndaşlardan 1331 ov aləti, 7 su nəqliyyat vasitəsi, 384 müxtəlif balıq növü götürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

İ.Yunusov qeyd edib ki, 8 hüquqi, 143 fiziki şəxsə balıq ehiyatlarından istifadə etmək hüququ verilib və bu məqsədlə 511.7 ton balıq ovuna kvotalar ayrılıb.

Baş müfəttiş xüsusi mühafizə olunan təbiət əraziləri, balıqartırma məqsədilə yaradılmış müəssisələr, Kür və Araz çayının kürütökmə məntəqələrində balıq ovunun qadağan olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.