İQTİSADİYYAT


Qanunsuz bank xidməti fəaliyyətinin qarşısı alınıb

A+ A

Bakı, 2 iyul, AZƏRTAC 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclasında Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

Bu barədə AZƏRTAC-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsdiq edib.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirmək üçün verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılması prosesinin dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir.

Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu halları aşkar edilərsə müvafiq tədbirlər görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.