CƏMİYYƏT


Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC

Qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “BMV-520” markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.

Daha sonra Gürcüstan vətəndaşı İusubov Einar Azad oğluna məxsus torbalara Tovuz Gömrük İdarəsinin həyətində hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbaların birindən 48 ədəd “Nokia 3310”, 26 ədəd “Nokia 103” markalı, hər hansı aksesuarı olmayan mobil telefonlar, digər torbalardan isə 74 ədəd mobil telefon qutuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.