İDMAN


Qaqauz Yeri idmançılarının adları dünyanın 20 ən güclü güləşçisi siyahısındadır

A+ A

Kişineu, 4 avqust, AZƏRTAC

“Birləşmiş Güləş Dünyası” (UWW) təşkilatı Olimpiya Oyunları ərəfəsində hər bir çəki dərəcəsində sərbəst güləşçilərin avqust ayı üçün reytinq siyahısını açıqlayıb. AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında Moldovanı təmsil edəcək sərbəst güləşçilərin ikisinin də adı dünyanın 20 ən güclü sərbəst güləşçisi siyahısında yer alıb.

Qaqauz Yeri sakini, 26 yaşlı Yevgeni Nedyalko 74 kiloqrama qədər çəki dərəcəsində dünya reytinqində 17-ci yeri tutur, 30 yaşlı Nikolay Çeban 97 kiloqrama qədər çəki dərəcəsində 11-ci yerdədir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.