DÜNYA


Qar fırtınası Fransada yüz minlərlə evi işıqsız qoyub

Bakı, 13 yanvar, AZƏRTAC

Fransanın şimal-qərbində tüğyan edən qar fırtınası 330 min evi elektriksiz qoyub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Enedis” operator-kompaniyasının məlumatına əsasən, elektrik enerjisindən məhrum qalan istifadəçilər Pikardiya, Normandiya, Nor-Pa-de-Kale, Şampan-Ardenna, Lotaringiya, həmçinin Luara, Bretan torpaqları və Fransanın mərkəzi regionunun sakinləridir. Hazırda elektrik enerjisi verilişinin bərpası üçün aparılan işlərə 3,2 min mütəxəssis cəlb olunub.

Bəzi hallarda saatda 146 kilometrə çatan fırtına digər fəsadlara da yol açıb. Təbii fəlakətdən ən çox Pikardiya, Normandiya regionları zərər görüb. Fransanın daxili işlər naziri Brüno Le Runun sözlərinə görə, min nəfərdən artıq insanın təxliyə edilməsinə ehtiyac yaranıb.

Yağan qar və güclü külək səbəbindən ölkənin şimal qərbində yerləşən 11 departamentdə “narıncı” təhlükə səviyyəsi elan edilib. Yerli meteorologiya xidmətləri yanvarın 13-də axşam saatlarından etibarən havanın mülayimləşməyə başlayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.