ELM VƏ TƏHSİL


“Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilir

A+ A

Bakı, 30 dekabr, AZƏRTAC

Mərdəkan Mədəniyyət Sarayında “Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, şənlik 5 nömrəli Bakı Peşə Məktəbinin tədbir və mərasimlərin təşkilatçısı ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə reallaşıb.

Tamaşanın səhnə tərtibatı, dekorasiya işi, personajların kostyumları, qrim, səsyazma, bilet tərtibatı, çapı və s. məktəbin təlim emalatxanalarında ustaların rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanıb.

Şənlik gələn il yanvarın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.