REGİONLAR


Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb  VİDEO

Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC

Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

AZƏRTAC xəbər verir ki, qar uçqunu fevralın 17-si səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb. Yolun bağlanması nəticəsində həmin istiqamətdə yerləşən 8 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.

“Azəravtoyol” ASC-nin yerli qurumunun əraziyə cəlb olunan işçi qüvvəsi və ağır texnikası günün ikinci yarısında yolu qardan təmizləməyə müvəffəq olub.

Hazırda avtomobillərin Xınalıq istiqamətində hərəkətində problem yoxdur. Bununla belə əraziyə yalnız qarlı havaya uyğun xüsusi nəqliyyat vasitələri ilə getmək tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.