MƏDƏNİYYƏT


Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Brüsseldə

Bakı, 19 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalına qatılıblar.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, iyulun 31-dək davam edəcək festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan 10-18 yaşlı istedadların öz bacarıqlarını nümayiş etdirməsinə təkan verməkdən ibarətdir.

Festival möhtəşəm qala-konsert və dünya musiqi elitasının tanınmış nümayəndələrindən sayılan Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi və Aleksandr Qavrilyuk tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.