İQTİSADİYYAT


Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq VİDEO

Bakı, 12 avqust, AZƏRTAC 

Təmir-tikinti işləri ilə əlaqədar avqustun 13-dən 14-nə keçən gecə paytaxtın Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən (“Laçın” ticarət mərkəzi) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Bildirilir ki, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.