İQTİSADİYYAT


Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ("8-ci kilometr bazarı") Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ("Laçın" ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.