İQTİSADİYYAT
Qara Qarayev prospektinin bir hissəsində hərəkət iyulun 4-dən 5-nə keçən gecə bərpa olunacaq VİDEO
Bakı, 4 iyul AZƏRTAC
Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilər stansiyası) olan hissədə təmirdən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar avtomobillərin qısa müddətlik hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]