İQTİSADİYYAT


Qara Qarayev prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Təmir-tikinti işləri ilə əlaqədar avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ("8-ci kilometr bazarı") Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ("Laçın" ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol" baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçməklərini tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.