ELM VƏ TEXNOLOGİYA


“Qara düzbucaq” günəşin köməyi ilə suyu təmizləyəcək

A+ A

Bakı, 20 avqust, Günel Məlikova, AZƏRTAC

ABŞ-ın SLAC laboratoriyası ilə Stenford Universitetinin əməkdaşları günəş enerjisinin köməyi ilə xarab olmuş suda bakteriyaları qısa zamanda məhv edən cihaz icad ediblər.

AZƏRTAC naked science saytına istinadla xəbər verir ki, belə suda bakteriyaları öldürmək üçün onu birbaşa günəş (ultrabənövşəyi) şüaları altına yerləşdirmək kifayət edər. Lakin bu proses 6-48 saat vaxt apara bilər. Günəş vasitəsilə işləyən yeni icad isə bu işi 20 dəqiqəyə görür və o, bu zaman ərzində 99,999 faiz bakteriyanı məhv edir.

Düzbucaq formasında, bir poçt markasının yarısı boyda olan bu cihaz adi şüşə qırıntısını xatırladır.

Disulfid molibdenlə örtülü “qara düzbucaq” şüşə döşənəyindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.