İDMAN


“Qarabağ” AZAL-a minimal hesabla qalib gəlib

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC 

Oktyabrın 29-da Azərbaycan Premyer Liqasında X turun növbəti görüşü oynanılıb.

AZƏRTAC xəbər verir ki, günün son oyunu Şüvəlanda keçirilib. AZAL sonuncu ölkə çempionu “Qarabağ”la qarşılaşıb.

Birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissədə oyuna daha fəal başlayan qonaqlar 63-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. AZAL-ın qapısından topu Muarem Muarem keçirib. Bu, görüşdə vurulan yeganə qol olub və oyun 1:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin qələbəsilə yekunlaşıb. Beləliklə, xallarının sayını 22-yə yüksəldən “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində möhkəmlənib. AZAL isə 3 xalla sonuncu yerdədir.

Ölkə çempionatının X turuna oktyabrın 30-da “Zirə” – “Kəpəz” və “İnter” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.