İDMAN


“Qarabağ”-“Fiorentina” oyununun biletləri satışa çıxarılıb

Bakı, 5 dekabr, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Ağdamın "Qarabağ" klubu İtaliyanın “Fiorentina” komandasını qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın biletləri artıq satışa çıxarılıb. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Sektorlardan asılı olaraq biletlərin qiyməti 1, 2, 5, 10, 20, VİP sektorlara isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ”–“Fiorentina” matçı dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.