İDMAN


“Qarabağ”-“Höteborq” oyununun biletləri satışa çıxarılıb

A+ A

Bakı, 22 avqust, AZƏRTAC 

Ağdamın “Qarabağ” futbol klubunun İsveçin “Höteborq” komandası ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünün biletləri ilk gündən ciddi alıcı kütləsi toplayıb.

AZƏRTAC xəbər verir ki, gün ərzində 3 min bilet satılıb.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Biletlərin qiyməti 1, 2 və 5 manatadır.

Qeyd edək ki, “Qarabağ”-“Höteborq” matçı avqustun 25-də saat 20:30-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.