İDMAN
“Qarabağ” komandası hesabı açıb [YENİLƏNİB]
Bakı, 25 may, AZƏRTAC
Əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçel hesabı açıb – 1:0.
X X X
20:46
Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılır.
X X X
20:46
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi başa çatıb. Birinci hissədə hesab açılmayıb.
X X X
20:01
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Fariz Yusifov idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Dani Kintana, Rəşad Sadıxov, Riçard Almeyda, Ansi Aqoli, Bədəvi Hüseynov və Mahir Mədətov çıxıblar.
“Neftçi”nin ilk on birliyində Aqil Məmmədov, Kamal Qurbanov, Elvin Bədəlov, Jayro, Rahil Məmmədov, Məqsəd İsayev, Erik Ramos, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev və Ruslan Qurbanov yer alıblar.
Baş hakim Fariz Yusifova Yaşar Abbasov, Elman Musayev və Munis Abdullayev kömək edirlər. Əlavə köməkçi hakimlər funksiyasını isə Rəhim Həsənov və Ömər Paşayev yerinə yetirirlər.
Görüşün AFFA nümayəndəsi Elbrus Abbasov, hakim-inspektoru isə Əli Hüseynovdur.